Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəfər yolu

0

  •         2020-ci ilin sentyabr ayının 27-də düşmənin
    təxribatına qarşı başlanan 44 günlük Vətən
    müharibəsi dövründə Azərbaycan tarixinin ən şanlı səhifələri yazıldı. Bu
    müharibə Azərbaycan xalqının haqq savaşı idi. Bu savaşda qazanılmış Zəfər
    Qarabağın həm bu gününə, həm də keçmişinə işıq saldı. Müzəffər Ali Baş
    Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu gerçək Qarabağ salnaməsi
    yazdı. Yüzillər boyu qara niyyətli düşmənin ağ yalanları həqiqətin gur işığında
    əriyib yox oldu. Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan
    xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin –
    müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya
    öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki,
    bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə
    sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə
    uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident
    İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə
    böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın
    haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə
    olan lider kimi mübarizlik rəmzinə çevrildi. 2020-ci il sentyabrın 27-də
    başlayan və noyabrın 10-da başa çatan tarixi 44 günlük Vətən müharibəsi ilə
    arzularımızın ən ülvisinə, ən müqəddəsinə çatdıq, 30 illik qanlı Qarabağ
    münaqişəsini Zəfərlə başa çatdırdıq. “Dəmir yumruq”la düşmən məhv edildi, onun
    başı əzildi, diz çökdü. Bu Zəfər əyilmiş başımızı dikəltdi, bizə qürur verdi.
    Artıq üzümüz ağ, alnımız açıqdır, millət, dövlət, xalq olaraq başımız ucadır. Qələbə
    günündən bəri zəfərlərimizin ardı-arası kəsilmir. Zəfər paradı, işğaldan azad
    olunmuş torpaqlarımıza tarixi səfərlər, Qarabağın yenidən dirçəldilməsinə
    başlanılması, tarixi təməlqoymalar, açılışlar, Şuşa Bəyannaməsi, Qarabağ və Şərqi
    Zəngəzur iqtisadi rayonlarının yaradılması və sair. Sevincimiz sevincimizə,
    üzümüzdən, çöhrəmizdən illərlə yox olan gülüşümüz gülüşümüzə qarışıb. Müstəqilliyimizin
    3-cü dekadasını üzüağ, alnıaçıq, başıuca və əlidolu başa vururuq. Bir sözlə,
    “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu
    kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl
    hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham
    Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə
    verən deyilik.

            Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq
    savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

            Prezident İlham Əliyev 17 ildə həyata
    keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə
    qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.

    Vüqar
    İsmayılov,

    YAP
    Xocalı rayon təşkilatının əməkdaşı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib47 dəfə
    Zəfər yolu

    Maraqlı gələ bilər
    0